QMİ Lənkəranlıların müraciətinə reaksiya verdi

qmi-lenkeranlilarin-muracietine-reaksiya-verdi
Oxunma sayı: 634

Bu sözləri “Qafqazinfo”ya açıqlamasında Qafqaz Müsəlmanları İdarəsinin mətbuat xidmətinin rəhbəri Rəhimə Dadaşova bir qrup Lənkəran dindarlarının ölkə başçısına, birinci xanım Mehriban Əliyevaya, daxili işlər naziri Ramil Usubova açıq məktubla müraciət etməsi məsələsinə münasibət bildirərkən deyib.

Rəhimə Dadaşova bildirib ki, Hacı Qəni Axundzadə qurumun Lənkəran bögəsindəki səlahiyyətli nümayəndəsidir: ”Onun fəaliyyəti QMİ-ni qane edir. Həmin yazıda bizim nümayəndəmizin adını hallanmasını doğru hesab etmirik”.

Onun sözlərinə görə, yazıda əksini tapan məsələlər hüquq mühafizə orqanları tərəfindən araşdırmalıdır: ”Orada dövlətin digər qurumlarının da adı çəkilir. Həmin qurumlar da məsələyə lazımı şəkildə cavab verəcək”.

Qeyd edək ki, həmin müraciətdə rayonda dini sferada yaranmış vəziyyətin dözülməz olduğu bildirilir, bu işdə əsas günahkar kimi QMİ-nin cənub bölgəsi üzrə səlahiyyətli nümayəndəsi Qəni Axundzadə günahlandırılır.

Günel