QMİ millət vəkilini təkzib etdi

qmi-millet-vekilini-tekzib-etdi
Oxunma sayı: 636

İdarənin mətbuat xidmətindən “Qafqazinfo”ya daxil olan məlumatda bildirilir ki, QMİ-nin sədri Şeyxülislam A. Paşazadənin imzası ilə uzun zamandan bəri Milli Məclisdə müzakirə olunan "Ailə planlaşdırması və reproduktiv sağlamlıq haqqında" Qanuna dair təklif və tövsiyələrin əks olunduğu məktub Azərbaycan Parlamentinin Sosial məsələlələr komissiyası sədrinin ünvanına göndərilib. Həmin məktubda Şeyxülislam A. Paşazadə Qanunda əksini tapmış süni mayalanma məsələsinə dair nüansları şəri baxımdan şərh edib, donorluq halının hansı şərtlər daxilində və hansı istisna hallarda mümkün olduğunu, habelə, bu şərtlərə əməl olunmayacağı təqdirdə bizi hansı fəsadların, ictimai və sosial bəlaların gözlədiyi barədə Milli Məclis üzvlərini xəbərdar edib. Bununla bağlı bildiririk ki, M. Quliyevin adıçəkilən Qanunla bağlı QMİ-nin müsbət rəy verməsi barədə açıqlaması həqiqətə uyğun deyildir.