QMİ-nin saytı fəaliyyətini dondurdu - Yenilənib

qmi-nin-sayti-fealiyyetini-dondurdu
Oxunma sayı: 2671

Bir neçə gündür sədri ətrafında qalmaqal səngiməyən Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) rəsmi saytına giriş məhdudlaşdırılıb.

“Qafqazinfo” xəbər verir ki, Modern.az bunun səbəbini öyrənmək üçün QMİ ilə əlaqə saxlayıb. Qurumdan  bildirilib ki, hazırda saytda yenilənmə gedir: “Texniki məsələlərə görə saytın fəaliyyəti dayandırılıb. Yaxın vaxtlarda fəaliyyəti bərpa ediləcək”.

***

QMİ-nin mətbuat xidmətinin rəhbəri Rəhimə Dadaşova "Qafqazinfo" ilə əlaqə saxlayaraq saytın artıq fəaliyyətini bərpa etdiyini bildirib.