Qobustanda 2 gün əvvəlki zəlzələ yenidən təkrarlandı

qobustanda-2-gun-evvelki-zelzele-yeniden-tekrarlandi
Oxunma sayı: 1921

Bu gün yerli vaxtla 02:57-də Qobustan stansiyasından 18 kilometr şimal-qərbdə 3,9 bal gücündə zəlzələ baş verib.

Bu barədə “Qafqazinfo” Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən məlumat verilib.

Zəlzələ hiss olunmayıb.

Xatırladaq ki, 2 gün əvvəl də eyni ərazidə 3,4 bal gücündə zəlzələ baş vermişdi.