Qobustanda doğuş zamanı ana öldü

qobustanda-dogus-zamani-ana-oldu
Oxunma sayı: 2297

Qobustan rayonunda doğuş zamanı ölüm hadisəsi baş verib.

“Qafqazinfo” “Report”a istinadən xəbər verir ki, Qobustan Rayon Mərkəzi Xəstəxanasının Doğum şöbəsində doğuş zamanı ana-1988-ci il təvəllüdlü Günəşova Zümrüd Nəzir qızı dünyasını dəyişib.

Bu, Z. Günəşovanın üçüncü hamiləliyi olub. Qadının iki oğul övladı var. Onun yeni doğulan qızı isə sağ qalıb.

Mərhumun yaxınları ananın ölümündə həkimləri ittiham edirlər.

Faktla bağlı araşdırma aparılır.