Qobustanda qanunsuz ov edən Türkiyə vətəndaşı saxlanıldı

qobustanda-qanunsuz-ov-eden-turkiye-vetendasi-saxlanildi
Oxunma sayı: 2652

Qobustan rayonu Nardərən kəndi yaxınlığındakı ərazidə qanunsuz olaraq şahin quşlarının tutulmasında şübhəli bilinən “Niva” markalı 99 XR-136 dövlət qeydiyyat nişanlı avtomobil saxlanılıb.

“Qafqazinfo” xəbər verir ki, Ekologiya və Təbii Sərvətlər, Daxili İşlər nazirliklərinin birgə reydi zamanı avtomobilə baxış keçirilib.

Maşının yük yerində Şahin quşlarının tutulmasında istifadə olunan kustar üsulla hazırlanmış 50 ədəd cələ, 7 dəstə cələ ilgəkləri, 3 ədəd şahin quşu papağı, 1 baş ev göyərçinin cəsədi aşkar edilərək maddi subut kimi götürülüb.

Araşdırma zamanı qanunsuz ov edən şəxsin Türkiyə vətəndaşı İssi Ercan Mehmet olduğu müəyyən edilərək onun barəsində protokol tərtib olunub.

İssi Ercan Mehmet barəsində hazırda İnzibati Xətalar Məcəlləsinə əsasən zəruri tədbirlər görülür və bu istiqamətdə reydlər davam etdirilir.

Qeyd edək ki, Qobustan ərazisində brakonyerlərin Şahin quşunu ovlaması barədə məlumat ETSN-yə vətəndaşlar tərəfindən daxil olub.