“Qoca” öldürüldü... - Baş Prokurorluqdan açıqlama

“Qoca” öldürüldü...
Oxunma sayı: 25500

Bu gecə baş verən atışma zamanı “Qoca” ləqəbli kriminal avtoritet Etibar Məmmədov öldürülüb.

Bu barədə “Qafqazinfo”ya açıqlama verən Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov bildirib ki, Etibar Məmmədovun saxlanılması üçün keçirilən əməliyyatla bağlı gün ərzində rəsmi məlumat yayılacaq.

Qeyd edək ki, gecə saatlarında hüquq-mühafizə orqanlarının Qaradağ rayonu ərazisində avtoritetin həbs olunması üçün əməliyyat keçirilib. Bu zaman tərəflər arasında atışma baş verib.

 


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi