Qocadır deyə azadlığa buraxıldı, ilk işi adam öldürmək oldu

qocadir-deye-azadliga-buraxildi-ilk-isi-adam-oldurmek-oldu
Oxunma sayı: 4321

ABŞ-da Albert Flik adlı cinayətkar  bir il əvvəl “yaşlı olduğu üçün cəmiyyətə hər hansı təhlükə törətməyəcəyi” əsas gətirilərək həbsxanadan sərbəst buraxılıb. Ancaq Flikin ilk işi azadlığa çıxan kimi növbəti qətl hadisəsi törətmək olub.

“Qafqazinfo” xəbər verir ki, 1979-cu ildə həyat yoldaşını bıçaqladığı üçün 30 il həbsə məhkum edilən Albert cəzasının 25 ilini çəkdikdən sonra 2004-cü ildə sərbəst buraxılıb. Ancaq o, 2007-ci ildə daha bir qadını çəngəllə öldürməyə cəhddə ittiham edilərək yenidən tutulub. Qısa müddət sonra azadlığa çıxan Albertin 2010-cu ildə növbəti qurbanı yenə qadın olub.

Sonuncu dəfə 2018-ci ildə evsiz bir qadını əkiz uşaqlarının gözü önündə qətlə yetirdiyi məlum olan Flik hazırda polis nəzarətinə götürülüb. Onun avqustun 9-da hakim qarşısına çıxarılacağı gözlənilir.  Flikin ən az 25 il həbs cəzası alacağı bildirilir.