Qocalar evində yanğın - 6 ölü, 2 yaralı

qocalar-evinde-yangin
Oxunma sayı: 1916

Meksikanın Aşağı Kaliforniya ştatında qocalar evində güclü yanğın baş verib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə yerli “Financiero” portalı mlumat yayıb.

Məlumata əsasən, hadisə Tixuana şəhərində qeydə alınıb. Yanğın nəticəsində 6 nəfər həlak olub. Daha 2 nəfər isə xəsarət alıb.

Yanğın baş verən zaman binada 100-ə yaxın insan olub. Onların çoxu vaxtında yanan binanı tərk edə bilib.

Prokurorluq əməkdaşları insidentin başvermə səbəblərini araşdırırlar