“Qoçu” öz restoranında öldürüldü - Abbas Abbasovla qohumluğu var

“Qoçu” öz restoranında öldürüldü
Oxunma sayı: 9515

Noyabr ayının 4-ü, gecə saat 5 radələrində Gəncədə müəmmalı qətl hadisəsi baş verib.

“Qafqazinfo”nun “Gununsesi.info”ya istinadən verdiyi məlumata görə, öldürülən şəxs güləş üzrə idman ustası, Gəncədəki “Təhsil” idman kompleksinin keçmiş direktor müavini, sahibkar, “Qoçu” ləqəbli Qoca Tofiq oğlu Quliyevdir.

Qətl hadisəsi mərhum Qoca Quliyevin şəxsi obyekti sayılan “Çinar” restoranında törədilib.

Hadisəylə bağlı Gəncənin hüquq-mühafizə orqanları araşdırma aparır.

Qeyd edək ki, Q. Quliyev Azərbaycan cəmiyyəti üçün məşhur personalardan hesab olunurdu və “Qoçu” ləqəbi ilə tanınırdı. O,ötənlərdə bir neçə dəfə həbsdə olmuşdu.

Mərhumun baş nazirin keçmiş müavini Abbas Abbasovun yaxın qohumu olduğu deyilir.


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi