Qohumu işdən çıxarılmışdı dedilər, daha yüksək vəzifə aldı

qohumu-isden-cixarilmisdi-dediler-daha-yuksek-vezife-aldi
Oxunma sayı: 950

Bu barədə azpolitika.info-ya etibarlı mənbələrdən məlumat daxil olub.
Məlumata görə, Əgid Bayroyev Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Kadrlar şöbəsinin rəis müavini vəzifəsinə təyinat alıb.
Xatırladaq ki, Əgid Bayroyev oktyabrın 4-də təşkil etdiyi ziyafətin sonunda müğənni Eltonun başına silah tuşlayaraq onu təhdid etmişdi. Müğənninin DİN-ə şikayətindən sonra Ə.Bayroyev və həmin hadisənin şahidi müğənni Röya «Bandotdel»ə aparılmışdılar. Onlardan ifadə alınandan sonra Əgid Bayroyev vəzifəsindən azad olunmuşdu.

Belə məlumatlar var idi ki, Bayroyevin cəzalandırılması əmrini elə Bəylər Əyyubov verib. Lakin onun daha yüksək vəzifəyə təyin olunması ilə bu versiyanın üzərindən xətt çəkildi.