Qohumunu bıçaqlayan azadlığa buraxıldı

qohumunu-bicaqlayan-azadliga-buraxildi
Oxunma sayı: 821

Bakı Ağır Cinayətlər Məhkəməsində qohumun yasına getdiyi üçün qardaşını bıçaqlayan Qarakişi Babayevə hökm oxunub.

“Qafqazinfo”nun verdiyi xəbərə görə, hakim Tamila Nəsrullayevanın icraatında olan prosesdə Q.Babayevə şərti cəza verilib və o, məhkəmə zalından azadlığa buraxılıb.

Q. Babayev tanışı Zaurla yeyib-içərkən qardaşı Mirdamət ona bir qohumlarının yasına getdiyi üçün irad bildirib. Buna görə aralarında mübahisə düşüb, sonra əlbəyaxa olublar. Bir neçə saat sonra isə  Qarakişi Mirdaməti bıçaqlayıb.

Murad Əhməd