Qohumunun yasında ağa büründü - Fotolar

qohumunun-yasinda-aga-burundu
Oxunma sayı: 3894

Xəbər verdiyimiz kimi, məşhur  müğənni Rihannanın 21 yaşlı əmisi oğlu güllələnib. “Qafqazinfo” xəbər verir ki, pop ulduz Yeni ili birgə qeyd etdiyi Tavon Alleynanın yas mərasiminə qatılıb. 

29 yaşlı ifaçının cənazəyə geyindiyi paltar diqqətdən yayınmayıb.  O, bu dəfə ağ rəngə üstünlük verib.  Sənətçi bunun səbəbini də açıqlayıb.  

Barbadoslu ifaçı deyib ki, doğulduğu ərazidə mərhumun yaxın qohumları ağ paltar geyinərək yas tutur. Bu səbəbdən o da belə bir addım atıb.