Qol vura bilməyən komanda ilə belə məzələndilər – FOTO

qol-vura-bilmeyen-komanda-ile-bele-mezelendiler-foto
Oxunma sayı: 684

“Qafqazinfo”nun xarici mətbuata istinadən verdiyi xəbərə görə, buna səbəb komandanın qol vurmaqda çətinlik çəkməsi olub. Belə ki, 25 oyunda cəmi 16 top vuran və son 6 matçda cəmi 1 dəfə fərqlənən “Maqdeburq”un azarkeşləri əllərində tutduqları oxşəkilli karton kağızlarla futbolçulara qapının yerini göstəriblər.

Qeyd edək ki, 25 turdan sonra hesabında 20 xal olan “Maqdeburq” turnir cədvəlinin sonuncu – 18-ci pilləsində qərarlaşıb.

Ceyhun Əhmədov