“Qolan təpələrində İsrailin suverenliyini tanımırıq” - Avropa İttifaqı

qolan-tepelerinde-israilin-suverenliyini-tanimiriq
Oxunma sayı: 1162

ABŞ prezidenti Donald Trampın İsrailin işğalı altındakı Qolan təpələrində İsrailin mütləq hakimiyyətini tanımağın vaxtının çatdığını bildirməsinə Avropa İttifaqından da reaksiya gəlib.

“Qafqazinfo” xəbər verir ki, Aİ-nin sözcüsü Maya Kosiyanovçiç Qolan təpələrində İsrailin suverenliyini tanımayacaqlarını bildirib:

“Avropa İttifaqının mövqeyi dəyişməyib. Beynəlxalq hüquqa uyğun olaraq Qolan təpələri də daxil olmaqla İsrailin 1967-ci ildən bu yana işğal altında saxladığı bölgələrdə suverenliyini tanımırıq və oraları İsrail torpaqları hesab etmirik”.