“Qolos”un ulduzu hamamda ölü tapıldı - Video

“Qolos”un ulduzu hamamda ölü tapıldı
Oxunma sayı: 1148

Rusiya müğənnisi Aleksey Safiulinin cəsədi hamamda aşkar edilib.

“Qafqazinfo” “Starhit”ə istinadən xəbər verir ki, 44 yaşlı ifaçının rəsmi ölüm səbəbi hələ məlum deyil. Artistin dostlarının ehtimalına görə, o, hamam vannasında yuxuya gedib və batıb.

Safiulin ailəli idi, iki övladı var.  

Qeyd edək ki, A. Safiulin Moskva şəhərində anadan olub. O, Moskva Filarmoniyasında, eləcə də Mariinsk Teatrında çalışıb.  Bundan əlavə, o, “Yuxarı”, “Hannah Montana” filmlərinin dublyajında aktyor qismində iştirak edib. Safiulin “Qolos” musiqi yarışmasının tanınmış iştirakçılarından biridir.


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi