Qolunov azadlığa buraxıldı

Qolunov azadlığa buraxıldı
Oxunma sayı: 1059

Rusiyalı jurnalist İvan Qolunov azadlığa buraxılıb.

“Qafqazinfo” “RİA Novosti”yə istinadən xəbər verir ki, artıq jurnalistin ev dustaqlığı müddətində ona nəzarət etmək üçün taxılan elektron qandalları çıxarılıb. Bundan sonra Qolunov Moskvada Daxili İşlər Nazirliyinin binasını tərk edib.

Qeyd edək ki, daha əvvəl jurnalistin buraxılması ilə bağlı məlumatı Daxili İşlər naziri Vladimir Kolokoltsev yaymışdı. Narkotiklərin satışında ittiham olunan Qolunovun cinayət əməli sübuta yetirilmədiyindən onunla bağlı ittihamlar götürülüb və cinayət işinə xitam verilib.


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi