Qonağını öldürüb polisə təslim oldu

qonagini-oldurub-polise-teslim-oldu
Oxunma sayı: 1460

Bərdə rayon sakini könüllü olaraq polisə təsilm olub.

“Qafqazinfo”nun DİN-nin saytina istinadən verdiyi məlumata görə, əvvəllər məhkum olunmuş İsgəndər Hüseynov Qaradağ rayonunun Lökbatan qəsəbəsində kirayədə yaşadığı evdə qonağı, həmyerlisi İlqar Mirzəyevə bıçaqla xəsarət yetirib və nəticədə sonuncu hadisə yerində ölüb.

İ.Hüseynov könüllü olaraq 10-cu Polis Bölməsinə gələrək istintaqa təsilm olub.