“Qonaqları zəhərlədim” - Müğənnidən etiraf

qonaqlari-zeherledim
Oxunma sayı: 3401

Türkiyəli müğənni Simge Sağın qonaq olduğu verilişlərdən birində başına gələn hadisə barədə danışıb.

“Qafqazinfo” Türkiyə mətbuatına istinadən xəbər verir ki, ifaçı yeni evinə köçərkən kamin quraşdırdığını və evinə çoxlu qonaq çağırdığını deyib.

S.Sağın daha öncə heç vaxt kamin istifadə etmədiyini və həmin gün ilk uğursuz təcrübə yaşadıqlarını bildirib:

“Odun yandırdıq, biraz sonra hər tərəf tüstü oldu. Həmin gün güclü külək var idi. Evdəki qonaqların da sifəti qapqara oldu. Mədəsi bulananlar var idi. Zəhərləndiyimiz üçün qatıq yedik. İlk kamin təcrübəmiz qonaqları zəhərləməklə baş tutdu. İndi havanın vəziyyətinə görə ocağı yandırırıq”.