“Qonaqlığa çağıranda mənə paketdə pul verir”

“Qonaqlığa çağıranda mənə paketdə pul verir”
Oxunma sayı: 2037

“Maşınım yoxdur, hər yerə taksi ilə gedirəm. İkiotaqlı evim var. Mənə heç nə dədə-babadan qalmayıb”.  

“Qafqazinfo” xəbər verir ki, bu sözləri Əməkdar artist Rühəngiz Allahverdiyeva “Söhbət var” proqramında deyib. Tanınmış müğənni verilişdə etiraflar edib.  

R. Allahverdiyeva Xalq artisti Ağadadaş Ağayevin ona maddi yardım göstərdiyini bildirib: “Qazandığım pulları özümə, uşaqlarıma xərcləyirəm. Övladlarıma təhsil vermişəm. Bir müğənninin geyimləri üçün xeyli pul lazımdır. Hər şeyi öz zəhmətimlə etmişəm.

Mənə dayaq olan dostlarım Günel Ələkbərova, Ağadadaş Ağayev və başqalarıdır.  Ağadadaş müəllim bizi qonaqlığa çağıranda belə paketdə mənə pul verir. Mən bunu dana bilmərəm”.


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi