Qondarma Qarabağ Respublikasında “andiçmə” olacaq

qondarma-qarabag-respublikasinda-andicme-olacaq
Oxunma sayı: 640

"Qafqazinfo" erməni agentliklərinin yaydığı məlumata əsasən xəbər verir. Bako Saakyan adlı şəxsin andiçmə mərasimi Xankəndinin Mərkəzi Mədəniyyət Evində baş tutacaq.

Qeyd edək ki, Qondarma Dağlıq Qarabağ Respublikasında bu il iyulun 19-da seçkilər keçirilmişdi, Bako diğər namizədləri topladığı 66,70%-lik səslə üstələmişdi. 52 yaşlı Bako Saakyan Xankəndidə anadan olub və ikinci(2007-ci ildə ilk dəfə) dəfədir ki, bölgəyə rəhbərlik edir.

Maraqlı məqam odur ki, Bako öz avtobioqrafiyasında Azərbaycana məxsus ərazidə anadan olduğunu qeyd edib.

Raminə