Qondarma Qarabağ Respublikasının sikkələri satılır- - Fotolar

qondarma-qarabag-respublikasinin-sikkeleri-satilir-
Oxunma sayı: 3250


SalamNews-un xüsusi müxbirinin verdiyi xəbərə görə, “Kolomenskaya” metro stansiyasının rayonunda, Sudostroitelnaya küçəsində, ictimai nəqliyyat dayanacağının yanındakı qəzet köşklərinin birində adı çəkilən sikkələri Azərbaycan Mədəniyyətinin İnkişafı və İntibahı Fondunun nümayəndəsi Füzuli Təhmazov aşkar edib.

Fondun direktoru Şamil Tağıyev məsələ ilə bağlı müxbirimizə bildirib ki, həmin rayonda yaşayan Füzuli Təhmazov qondarma respublikanın sikkələrini digər ölkələrin sikkələri arasında aşkarlayaraq satıcıya etirazını bildirib, bu sikkələrin dərhal satışdan çıxarılmasını tələb edib.

Satıcı deyib ki, o, bunu edə bilməz, çünki adi satıcıdır və rəhbərliyin ona verdiyi əşyaları satır.