Qondarma respublikadan Azərbaycana təklif

qondarma-respublikadan-azerbaycana-teklif
Oxunma sayı: 1683


“Qafqazinfo” erməni KİV-nə istinadən xəbər verir ki, bu barədə qondarma respublikanın baş nazirinin müavini  Artur Ağabekyan bəyanat verib. Onun sözlərinə görə, söhbət Sərsəng su anbarı və Tərtər çayından müxtəlif istiqamətlərə axan sulardan gedir”.

Erməni məmur həmçinin bildirib ki, əgər Azərbaycan əməkdaşlıq çağırışlarına reaksiya verməzsə, qondarma respublika sərhəd rayonlarına böyük investisiya ayırmaqla güclü nasos stansiyalarının köməyi ilə həmin zonada yerləşən su resurslarını ancaq öz şəxsi ərazilərinə çəkəcək:

“Sərsəng su anbarının sularından elektrik enerjisi alınması məqsədilə istifadə etmək üçün biz elə bir iş qrafiki seçirik ki, o, ancaq bizim maraqlarımıza uyğun gəlir. Lakin diaoloq əldə olunarsa, biz bunu hər iki tərəfin maraqlarına uyğunlaşdıra bilərik”.

Qeyd edək ki, bir müddət əvvəl Tərtər rayonunun bir neçə kəndinin sakinləri aksiya təşkil edərək ermənilərin Tərtərçayın üzərində yerləşən Sərsəng su anbarından rayona suyun verilməsini məhdudlaşdırdıqlarını və bunun təsərrüfata küllü miqdarda zərər vurduğunu bildirmişdilər.