Qonşusunu bıçaqlayan şəxs tutuldu

qonsusunu-bicaqlayan-sexs-tutuldu-
Oxunma sayı: 640

İyunun 13-də Y.Suraxanı qəsəbəsi Əzizbəyov küçəsində qəsəbə sakini İsmayıl Əhmədov mübahisə zəminində qonşusu Nərimanov Ağayevə bıçaqla xəsarət yetirdiyinə görə Suraxanı RPİ 31-ci PB əməkdaşları tərəfindən tutulub.

Binəqədi RPİ 5-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində AR CM-in 177-ci (oğurluq) maddəsi ilə axtarışda olan Sevinc Quliyeva iyunun 12-də tutulub.

İyunun 3-də A.Məhərrəmov küçəsində yaşayan Rəna Orucovanın mənzilindən açar seçmə yolu ilə içərisində 3000 ABŞ dolları və qızıl-zinət əşyaları olan seyf oğurlanıb. Nəsimi RPİ CAŞ və 19-cu PB əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində oğurluqda şübhəli bilinən şəxslər - əvvəllər məhkum olunmuş Anar Nəzərov və Mehriban Cabbarova iyunun 12-də tutulublar. Onların üzərinə baxış keçirilərkən A.Nəzərovdan 9 qramdan artıq tiryək aşkar olunaraq götürülüb.

Martın 1-də Z.Kərimov küçəsində yaşayan Əlibəy Məmmədov bıçaq xəsarətləri ilə yaşadığı evin qarşısından KTM-ya yerləşdirilib. Yasamal RPİ 29-cu PB əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində cinayətdə şübhəli bilinən Bakı şəhər sakini Zaur Zeynalov iyunun 12-də tutulub.