Qonşusunu bıçaqlayana 3 il həbs verilib

Qonşusunu bıçaqlayana 3 il həbs verilib
Oxunma sayı: 500

Bakı Ağır Cinayətlər Məhkəməsində qonşusunu bıçaqlamaqda təqsirləndirilən 1994-cü il təvəllüdlü Nəsib Əhmədova hökm oxunub.

“Qafqazinfo”nun verdiyi xəbərə görə, hakim Rahib Salmanovun icraatında olan prosesdə məhkəmə kollegiyasının hökmünə əsasən N.Əhmədov 3 il müddətinə azadlıqdan məhrum edilib. 

Belə ki, N.Əhmədov qonşusu Heybət Əliyevə irad tutaraq bildirib ki, uşaqları başına yığıb evin qabağında yüksəkdən danışmasınlar. Lakin qarşı tərəfin buna laqeyd münasibəti N.Əhmədovu özündən çıxarıb və qonşusuna 4 bıçaq zərbəsi vurub. Həkimlər H.Əliyevin həyatını xilas edə biliblər.

Murad Əhməd


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi