“Qorattel” Bakıdakı qətllə bağlı açıqlama yaydı - Kriminal xəbərlər

qorattel-bakidaki-qetlle-bagli-aciqlama-yaydi-kriminal-xeberler
Oxunma sayı: 1288

Avqustun 2-si saat 00:10 radələrində Atatürk prospektində yaşayanlar Rəcəb Şumalov ailə-məişət münaqişəsi zəminində atası Cahandar Oruc oğuluna 2 bıçaq zərbəsi vuraraq qətlə yetirdiyinə görə Nərimanov RPİ CAŞ və 16-cı PB-nin əməkdaşları tərəfindən tutulmuşdur.

İyulun 27-də Novxanı çimərliyində Ağstafa rayon sakini Taleh Tahirovun geyim əşyaları, mobil telefonu və pulu oğurlanmışdır. Binəqədi RPİ 4-cü PB-nin əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində oğurluqda şübhəli bilinən Xırdalan şəhər sakinləri Nuri Behbudov və Cavidan Əliyev avqustun 1-də yaxalanmışlar.

İyulun 23-nə keçən gecə Lökbatan qəsəbəsində yerləşən Daş karxanasındakı otağın divarını sökmək yolu ilə orada işləyən Cəlilabad rayon sakini Vüqar Quliyevə məxsus 300 manat və şəxsi sənədlər oğurlanmışdır. Qaradağ RPİ 10-cu PB-nin əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində oğurluqda şübhəli bilinən Bakı şəhər sakini Amin Mehdiyev avqustun 1-də yaxalanmışdır.