Qorbaçov İstanbula gedir

qorbacov-istanbula-gedir
Oxunma sayı: 638

SalamNews-un Türkiyə mətbuatında istinadla verdiyi xəbərə görə, M.Qorbaçov və onu müşayiət edən heyət Şişli Bələdiyyəsinin ev sahibliyi ilə təşkil ediləcək "Yaxın Şərq və Aralıq dənizinin gələcəyi" adlı iclasda iştirak edəcək.

Dünyanın bir çox ölkəsindən gələn alim, siyasətçi və ziyalının qatılacağı yığıncaq İstanbuldakı “Hilton" otelində baş tutacaq.

İki gün davam edəcək iclas çərçivəsində M.Qorbaçov İstanbul Şişli Peşə məktəbinin şagirdləri ilə görüşəcək.