Qorbaçov Moskva və Vaşinqtonu dialoqa çağırdı

qorbacov-moskva-ve-vasinqtonu-dialoqa-cagirdi
Oxunma sayı: 1238

SSRİ-nin eks-prezidenti Mixail Qorbaçov Moskva və Vaşinqtonu dialoqa çağırıb.

“Qafqazinfo” “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə o, Maltanın Xarici İşlər və Ticarət naziri Farmelo Abela ilə görüşündə danışıb. Qorbaçov qeyd edib ki, iki ölkə arasındakı münasibətlərin tamamilə dağılmasına yol vermək olmaz.

Abela da öz növbəsində ölkəsinin bu işdə dəstək olmağa hazır olduğunu bildirib.