Qorxar deyə həyat yoldaşının məzarı yanında yatır- - Fotolar

qorxar-deye-heyat-yoldasinin-mezari-yaninda-yatir-
Oxunma sayı: 4962


Türkiyədə 85 yaşlı qocanın dünyasını dəyişən həyat yoldaşına olan sədaqəti hər kəsi heyrətə gətirib. 

“Qafqazinfo”nun Türkiyə KİV-nə istinadən məlumatına görə, 9 aydır ki, 69 illik həyat yoldaşını itirən Mustafa Çoban onun məzarı yanında gecələyir. O, bu hərəkətini  “o, tək qalmaqdan qorxur” deyə izah edib.

Evdə qalmayan Mustafa Çoban deyir ki, evdəki xatirələr ona əzab verir. Acılarını burada unutduğunu söyləyən Mustafa göz yaşları içində həyat yoldaşını hələ də sevdiyini deyib.