“Qorxmuram”

qorxmuram
Oxunma sayı: 663

“Qafqazinfo” xəbər verir ki, məsələ ilə bağlı ANS PRESS-ə məlumat verən Aslan İsmayılov bildirib ki, baş verən məlum hadisə ilə əlaqədar olaraq bu gün Bakı şəhər prokuroru Əziz Seyidov və daxili işlər naziri Ramil Usubovun köməkçisi ilə görüşub. “Görüş zamanı Baş Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə İdarəsində baş verən olayla bağlı onlara məlumat vermişəm. Bununla yanaşı digər aidiyyatı qurumlara da rəsmi olaraq müraciət etmişəm. Amma bu saata qədər heç kimsədən rəsmi olaraq cavab almamışam”, - deyə vəkil bildirib.

Aslan İsmayılovun sözlərinə görə, Baş Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə İdarəsində ona qarşı olunan zorakılığın bir məqsədi var idi. “Qorxutmaq və susdurmaq. Bilsinlər ki, mən nə ölümdən, nə də işgəncədən qorxuram. Hec bir zaman da qorxmayacam – haqsızlığa və ədalətsizliyə susmayacam. Bunu sifariş verənlər bilməlidir ki, onlara qarşı haqsızlıq ediləndə ilk öncə mənim kimilərindən imdad diləyəcəklər", - deyə Aslan İsmayılov bildirib.