“Qorxuruq ki, müflis olsunlar”

“Qorxuruq ki, müflis olsunlar”
Oxunma sayı: 678

Xəbər verdiyimiz kimi, bu gün AFFA-nın XXV konfransı keçirilib.

"Qafqazinfo" xəbər verir ki, konransdan sonra AFFA-nn baş katibi Elxan Məmmədov jurnalistlərin suallarını cavablandırıb:

- İcraiyyə Komitəsinin iclasında hansı qərarlar qəbul olundu?

- İcraiyyə Komitəsinin gündəliyində 7 məsələ var idi. Biri Futzal Federasiyasının hesabatı ilə bağlı idi. Qurumun prezidenti bununla bağlı hesabat verdi. Sonra isə çimərlik futbolu ilə bağlı müzakirələr getdi, Zeynal Zeynalovu milli komandanın baş məşqçisi təyin etdik. Daha sonra danışılmış oyunlarla bağlı danışdıq. Yenidən UEFA-dan AFFA-ya məktub daxil olub. Həmin məktubu İcraiyyə Komitəsinin üzvlərinə təqdim etmişik. Təbii ki, mübarizəni davam etdirəcəyik. Daha sonra AFFA Yanında Media Komitəsi barədə geniş müzakirə aparıldı. Qərara gəldik ki, Media Komitəsi gələcəkdə fəaliyyətini davam etdirsin. Lakin bəzi dəyişikliklər olacaq. Yeni formatla bağlı aprel ayında qərarlar qəbul edəcəyik.  

- Xeyli müddətdi ki, danışılmış oyunlarla bağlı söz-söhbətlər davam edir. Bu məsələni birdəfəlik həll etmək olmazmı? Avropada əvəzedici komandalar birinci divizionda çıxış edir...

- Sözün düzü, bu məsələni müzakirə etdik. Əgər yenidən bu məsələlər davam etsə, yəqin ki, yeni formatı düşünəcəyik. İcraiyyə Komitəsi bu məsələdən xəbərdardı, millinin baş məşqçisi ilə müzakirələr aparmışıq. Bu məsələ Klublar Komitəsinin növbəti iclasında müzakirə ediləcək.

- Azarkeş sayının azalması qeydə alınıb. Bu, İcraiyyə Komitəsinin iclasında müzakirə olundumu?

- Bəli, azarkeşlərin sayı azalır. Əgər klubların sayı azalırsa, azarkeşlərin də sayı azalmalıdı. Bu, təbiidi. “Sumqayıt”ın stadionun tribunası çox azdı və düşünürük ki, oradakı vəziyyəti düzəldək. Əgər komandanın uğurları yaxşıdısa, deməli, azarkeşlər də meydana axın edəcəklər. “Kəpəz”in azarkeşlərinin sayının azalması da nəticələrlə bağlıdı. Klublar azarkeş cəlb etmək üçün layihələr həyata keçirməlidi.

- Klublar Komitəsinin gücsüz bir quruma çevrilməsini düşünmürsünüz ki?

- Biz AFFA olaraq bir platforma yaratdıq – Klublar Komitəsi. KK hansısa məsələni qaldırsa, biz də İK-da qaldıra bilərik. Biz düşünürük ki, KK yaxşı platformadı, onlar öz iclaslarında müzakirələr apara bilir, problemlərindən danışa bilərlər.

- “Sumqayıt” bu mövsüm avrokuboklar uğrunda mübarizə aparır, lakin yaxınlarda klubda prezident dəyişikliyi oldu. Klubun yeni prezidenti kim olacaq? Bayaq Rövnəq Abdullayev Riyad Rəfiyevi “Sumqayıt”ın prezidenti olması münasibəti ilə təbrik etdi.

- Kamran Quliyevin “Sumqayıt”dan “Neftçi”yə gəlişi öz qərarıdı. Ona təklif gəldi və “hə” cavabı verdi. “Sumqayıt”ın Müşahidə Şurasının bu məsələdən xəbər var idi və onlar Kamran Quliyevə xeyir-dua verdilər. Riyad Rəfiyevə gəlincə, o namizədlərdən biridi. O özü mənə klubdan təklif aldığını dedi. Düzdü, Rövnəq müəllimin təbrikini eşitmədim. Amma sizə də inanıram. Riyadla yanaşı, AFFA-dan daha 2 nəfər “Sumqayıt”dan təklif alıb. Yəqin ki, yaxın günlərdə müəyyənləşəcək.

- Növbəti mövsüm Premyer Liqada neçə komanda mübarizə aparacaq?

-Bizim ciddi problemimiz birinci divizionla bağlıdı. Bilmirik hansı klubu Premyer Liqaya gətirək. Çünki hansı klubun danışılmış oyunlarda iştirak etmədiyini müəyyənləşdirə bilmirik. Əlbəttə, istəyirik ki, çempionatda 10 komanda mübarizə aparsın. Hazırda minimum həddə gəlmişik.

- Birinci divizionda mübarizə aparan “Xəzər” və “Sabah” Premyer Liqada çıxış etmək istəyirlər. Onlara hansı köməklik göstəriləcək?

- Təbii ki, “Sabah”ı və “Xəzər”i izləyirik. Bu yaxınlarda “Xəzər”in rəhbərliyi ilə görüşüm oldu. Sevindirici haldı ki, yeni yaranan belə klubların maliyyə dayaqları var. Amma bir tərəfdən də qorxuruq ki, müflis olsunlar. Onlarla bu məsələlər barədə danışıq apardıq. Yəni, yeni yaranan belə klubların Premyer Liqaya buraxılması mümkün deyil. Çünki UEFA-nın qaydaları bunu tələb edir.

- Qurban Qurbanovun əmək haqqısı Rober Prosineçkidən azdı, yoxsa çox?

- Müqaviləyə əsasən məxfilik qorunmalıdı. Ona görə də cavab verə bilməyəcəm. 

- Millətlər Liqası ilə bağlı Qurban Qurbanovun fikirləri dinlənildimi?

- Xeyr. Heç bir söhbət olmadı. Yığma hələ onun rəhbərliyi altına 1 oyun keçirib. Söz vermək və ya tələb etmək düz olmaz. Yoldaşlıq oyunlarından sonra bu məsələyə qayıdılacaq. Dörd yoxlama oyunu planlaşdırılıb. 

- AFFA-nın maliyyələşdirdiyi I divizion klublarında hansı problemlər var?

- Əlbəttə. Maliyyələşdirmək ayrı, klub idarəçiliyi ayrı. Bizim üçün əsas odur ki, orada şəffaflıq olsun və yerli futbolçular çıxış etsinlər. Bəzi klublar legioner dəvət ediblər. Lakin onların xərcini özləri ödəyirlər. Biz vermirik.


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi