Qoyun oğruları həbs olundu

Qoyun oğruları həbs olundu
Oxunma sayı: 794

Beyləqan rayon sakini Sərman Həsənov ötən ilin mart ayında RPŞ-yə müraciət edərək 41 baş qoyununun oğurlandığı barədə məlumat verib.

“Qafqazinfo” xəbər verir ki, DİN Mətbuat Xİdmətinin Bərdə regional qrupundan verilən məlumata görə, Beyləqan RPŞ-nin polis əməkdaşları tərəfindən cinayət işi açılıb, əməliyyat-axtarış tədbirləri aparılıb. Davam etdirilən əməliyyat tədbirləri ilə qoyunları oğurlamaqda şübhəli bilinən şəxs saxlanılıb. Araşdırmalarla onun Beyləqan rayon sakini Kəmaləddin Vəliyev olduğu müəyyən edilib.

Bundan başqa Beyləqan RPŞ-nin əməkdaşları tərəfindən fevral ayında daha bir uğurlu əməliyyat tədbiri keçirilib. Belə ki, Ağcabədi və Beyləqan rayonları ərazisindən ayrı-ayrı vaxtlarda 27 baş qoyun oğurlamaqda şübhəli bilinən Rahil Zülfüqarov da saxlanılıb.

Dindirilmə zamanı hər iki şəxs oğurladıqları qoyunları dəyərindən ucuz qiymətə satdıqlarını etiraf edib.

Hər iki faktla bağlı araşdırmalar davam etdirilir.


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi