Qoyun oğruları saxlanılıb

qoyun-ogrulari-saxlanilib
Oxunma sayı: 1495

Füzuli və Siyəzən rayonlarında qoyun oğurlayan şəxslər saxlanılıb.

“Qafqazinfo” DİN-ə istinadən xəbər verir ki, sentyabrın 22-nə keçən gecə Füzuli rayonunun Böyük Bəhmənli kəndi ərazisindəki fermaların birindən 27 baş qoyun oğurlanıb.

Oğurluğu törətməkdə şübhəli bilinən Sumqayıt şəhər sakinləri Nemət Abbasov, Səyyad Hümbətov və Mahir Aslanov Sumqayıt şəhərinin ərazisində saxlanılıblar.

Siyəzən rayonunda M.Adgözəlovun 16 baş qoyununu oğurlamaqda şübhəli bilinən Abşeron rayon sakini, əvvəllər məhkum olunmuş Mirəli Hadıyev saxlanılıb. Faktlarla bağlı araşdırmalar aparılır.