Qoyun oğruları tutuldu

qoyun-ogrulari-tutuldu
Oxunma sayı: 668


Bakı Şəhər BPİ-dən “Qafqazinfo”ya daxil olan məlumata görə, avqustun 28-də saat 00.30 radələrində Kürdəmir rayon sakinləri Xəyal Kərimov və Rasim Abdullayev həmyerliləri Namiq Məmmədova məxsus “VAZ-2106” markalı avtomaşını qaçırıb həmin avtomaşında həmyerliləri Elşad Zərbalıyevə məxsus 2 baş qoyunu oğurlamış, sonra isə avtomaşını yenidən N.Məmmədovun evinin qarşısında saxlayıb gediblər.

Kürdəmir RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində X.Kərimov tutulmuş, R.Abdullayevin tutulması istiqamətində tədbirlər davam etdirilir.