Qoyun sürüsü üstündə atışma - 36 ölü

qoyun-surusu-ustunde-atisma
Oxunma sayı: 3506

Nigeriyada qoyun sürüsü səbəbindən silahlı insident baş verib.

“Qafqazinfo” “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə yerli “News Agency of Nigeria” məlumat yayıb.

Məlumata əsasən, fevralın 13-də yerli ovçular oğurluq qoyun sürüsü otaran çoban görüblər. Ovçuları görən çoban sürünü qoyub qaçmağa məcbur olub.

Bundan sonra, çoban kömək üçün qonşu rayondan olan cinayətkar dəstə ilə razılığa gəlib. Onlar ovçulara pusqu qurublar. Tərəflər arasında atışma olub. Hadisə yerinə gələn polis 18 nəfərin cəsədini aşkar edib. Ancaq təhlükəsizlik xidmətinin əməkdaşları quldurlarların daha 18 nəfərin cəsədini özləri ilə apardığını güman edirlər.