Qoz ağaclarını kim kəsib?

Qoz ağaclarını kim kəsib?
Oxunma sayı: 763

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf Mühitin Mühafizəsi Departamentinin əməkdaşları tərəfindən ətraf mühitin mühafizəsi haqqında qanunvericiliyin tələblərinə riayət olunmasını yoxlamaq məqsədilə reyd keçirilib.

“Qafqazinfo” xəbər verir ki, reyd zamanı Bakı-Quba magistral avtomobil yolunun Vladimirovka kəndi ərazisindən keçən hissəsində yaş köküstə 24-50 sm diametrliyində 12 ədəd qoz ağacının kəsildiyi aşkar edilib və təbiətə 5500 manat məbləğində ziyan dəydiyi məlum olub. Faktla bağlı akt tərtib edilib. Ağacları kəsən şəxsin müəyyənləşdirilməsi üçün Quba rayon Polis Şöbəsinə məktub göndərilib. 




Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi