Qriqorçuk 1 milyon qazanır?

Qriqorçuk 1 milyon qazanır?
Oxunma sayı: 833

“Qəbələ”nin baş məşqçisi Roman Qriqorçukun illik qazancı açıqlanıb. 

“Qafqazinfo” xəbər verir ki, ukraynalı mütəxəssis ildə bir milyon dollar civarında gəlir əldə edir. Bunu bir müddət öncə Qriqorçukla danışıqlar aparan Latviya Futbol Federasiyasının baş katibi Yanis Majetskis deyib: “Qriqorçkla maaş məsələsində heç bir danışığımız olmadı. Ancaq qeyri-rəsmi mənbələrdən eşitdim ki, o, ildə bir milyon dollar civarında gəlir əldə edir”.

Baş katib bildirib ki, yığmanın yeni baş məşqçisi Aleksandr Starkovun gəliri Qriqorçukun gəlirindən 10 dəfə azdı: “Məncə, bizim qurum baş məşqçiyə 1 milyon dollar verə bilməz. Starkova 10 dəfə az məbləğdə maaş verəcəyik”. 

Qeyd edək ki, Roman Qriqorçuk 2015-ci ildən “Qəbələ”də çalışır.
 


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi