Qriqorçuk Almeydanı heyətə daxil etdi

qriqorcuk-almeydani-heyete-daxil-etdi
Oxunma sayı: 1658

Azərbaycan millisinin futbolçusu Riçard Almeyda yeni klubu “Astana”da debüt etməyə hazırlaşır.

“Qafqazinfo” xəbər verir ki, “Qarabağ”ın sabiq üzvü ilk dəfə Qazaxıstan təmsilçisinin heyətinə salınıb. Çempionlar Liqasının I təsnifat mərhələsində “Sutyeska” ilə qarşılaşacaq “Astana” Monteneqroya 22 oyunçu ilə yollanıb. Baş məşqçi Roman Qriqorçuk 22 futbolçunu iştirak ərizəsinə salıb ki, onlardan biri də Almeydadı. Ötən mövsümü icarə əsasında “Qarabağ”da keçirən Pedro Enrike isə avrokuboklarda iştirak üçün yeni komandasının növbəti mərhələyə adlamasına ümid etməlidi.
 
Qeyd edək ki, “Sutyeska” – “Astana” matçı iyulun 18-də keçiriləcək. Qazaxıstandakı ilk görüşdə ev sahibləri 1:0 hesablı qələbə qazanıb.