Qriqorçuk İngiltərə çempionu ilə görüşmək istəyir

qriqorcuk-ingiltere-cempionu-ile-gorusmek-isteyir
Oxunma sayı: 639

“Qəbələ”nin baş məşqçisi Roman Qriqorçuk işini bəyəndiyi baş məşqçilərin adını açıqlayıb.

“Qafqazinfo” xəbər verir ki, ukraynalı çalışdırıcı “Footboom.com”a verdiyi açıqlamada gözləndiyindən daha yaxşı çıxış edən komandaların baş məşqçilərinin işini bəyəndiyini deyib.

O bildirib ki, “Lester”dən istefaya göndərilən Klaudio Ranyeri və hazırda “Monako”nun “sükanı arxası”nda olan Leonardo Jardimlə görüşməyə hazırdır: “Mən seçim qarşısında olsam, Klauido Ranyeri və Leonardo Yardimi kofe içməyə dəvət edərdim. Ranyeri “Lester”ə tarixi ərzində ilk dəfə heç kimin gözləmədiyi çempionluğu yaşatdı. Jardim isə Çempionlar Liqasında İngiltərə nəhəngi “Mançester Siti”ni mübarizədən kənarlaşdırdı”.

Qeyd edək ki, hazırda Azərbaycan çempionatında liderlik uğrunda mübarizə aparan Roman Qriqorçukun rəhbərlik etdiyi “Qəbələ” arıdıcıl üçüncü mövsüm ölkəmizi Avrokuboklarda təmsil edəcək.