Qriqorçuk Kiyev “Dinamo”suna keçir? - Növbəti iddia

qriqorcuk-kiyev-dinamosuna-kecir
Oxunma sayı: 642

“Qəbələ”nin baş məşqçisi Roman Qriqorçuk yenə Kiyevin “Dinamo” klubunun baş məşqçisi vəzifəsinə namizəd göstərilib. “Qafqazinfo” xəbər verir ki, bu haqda Ukraynanın sportanalytic.com saytı məlumat yayıb.

Saytın klubdakı mənbəsinə istinadən yazdığına görə, “Dinamo”nun prezidenti İqor Surkis məhz Qriqorçukun namizədliyi üzərində dayanıb. Kiyev klubu bu mövsüm komandanı çempion edə bilməyən baş məqşçisi Sergey Rebrovla yollarını ayırmağı qətiləşdirib.

Xatırladaq ki, Qriqorçukun “Qəbələ” ilə müqaviləsi başa çatsa da, klub onu saxlamaq fikrindədi. "Qırmızı-qaralar" iki il yarımdır ona rəhbərlik edən 52 yaşlı ukraynalı mütəxəssislə ilkin razılıq əldə edib.