Qriqorçukun oyundan əvvəlki fikirləri

qriqorcukun-oyundan-evvelki-fikirleri
Oxunma sayı: 642

“Qəbələ” Avropa Liqasının III təsnifat mərhələsinin ilk oyunları çərçivəsində səfərdə “Panatinaikos”la qarşılaşacaq.

“Qafqazinfo” xəbər verir ki, komandanın ukraynalı çalışdırıcısı Roman Qriqorçuk oyunla bağlı fikirlərini açıqlayıb.
 
- Oyun haqqında fikirləriniz necədir?

- Bu matçda qələbə bizim üçün çox vacibdir. 2015-ci ildəki nəticəni təkrarlamaq istəyirik. Mərhələni keçmək niyyətindəyik.

- “Qəbələ”nin hədəfi hansı nəticədir?

- Azarkeşlərimizi sevindirməliyik. Özümüzü meydanda göstərməliyik. Daha yaxşı çıxış etmək üçün əlimizdən gələni edəcəyik. Amma hansı nəticəni hədəflədiyimizi demək istəmirəm. 

- “Panatinaikos” haqqında nə bilirsiz?

- Hazırda bu komanda 2 il öncəkindən fərqli heyətə malikdir. Amma yenə də afinalılar haqqında çox şeyi öyrənmişəm. Bəzi yeni futbolçular haqqında da məlumatım var.

- Afina klubu ilə heç-heçə haqqında nə düşünürsüz?

- Bu, yaxşı nəticə olar. Biz kiçik komandayıq və Avropa arenalarında böyük uğurlarımız yoxdur. Hər zaman kiçik komandalar böyük komandalarla oyunda heç-heçə haqqında düşünür. Fikrimcə, “Panatinaikos” çox böyük klubdur. 

- İlk oyunun səfərdə, ikinci oyunun evdə olması sizi sevindirir, yoxsa?..

- Bunun neqativ və ya hər hansı pozitiv tərəfi yoxdur. Önəmli olan sonda mərhələ adlamaqdır.