Qrizman Raminin bığlarından danışdı - “Uğur gətirir”

qrizman-raminin-biglarindan-danisdi
Oxunma sayı: 3849

Dünya çempionatının finalında Xorvatiya ilə üz-üzə gələcək Fransa yığmasının futbolçusu Antuan Qrizman müsahibə verib. “Qafqazinfo” həmin müsahibəni təqdim edir:

- Komandanın əsas gücü nədədir?

- Bizim əsas gücümüz komanda ruhundadır. Bir-birimiz üçün döyüşəcək 23 döyüşçü var. Sanki saatları iplə çəkirik. Hədəfimizin nə olduğu bəllidir. Bütün komanda kuboku başı üzərinə qaldırmağı düşünür. Bura gəlməyən futbolçularımız belə bizim üçün sevinirlər. Əsl ailə mühitimiz var. Rusiyada dünya çempionatının fəth etmək istəyirik.

- Dünya çempionatının bombardiri deyilsiniz. Bu sizi qorxutmur?

- Dinləyin, Avropa çempionatının bombardiri oldum, amma finalda Portuqaliyaya uduzduq. İndi isə rol dəyişib. Bombardir olmaqdan çox çempion olmaq istəyirəm. Sizcə, bud aha yaxşı deyil?

- Yarımfinal oyunundan öncə Adil Raminin bığlarına toxundunuz. Bu bir totemdir?

- Bəli, bizdə belə bir ənənə var. Çempionatdan əvvəl bunu etməyə başladım. Gördüyünüz kimi finala qədər gəldik. Ona görə də davam edəcəm.

- Luka Modriçi necə dayandırmaq olar?

- O, əla texnikaya malik futbolçudur. Biz bilirik ki, xorvatlar Modriç və Rakitiç üzərində oyun qurub oynayır. Məncə, məşqçimiz bu barədə çox düşünüb. Ümumiyyətlə, bizim də bpyük futbolçularımız var. Xorvatiya məğlub etmək üçün hər şeyə sahibik. Hər şey məşqçidən asılı olacaq, amma yaxşı müdafiə olunmaq da ön plandadır.

- Çempion olsanız, nə edəcəksiniz?

- “Fortnite” oynayacam və mate içəcəm. Bəzən bunu təsəvvür edirəm, amma çox göydə uçmaq istəmirəm. Konsentrasiya olmaq və hazırlaşmaq lazımdır.

- İstra şəhərini necə yadda saxlayacaqsınız?

- Mən 4 böyük turnirdə oynadım, amma özümü bu şəhərdə daha yaxşı hiss etdim. Burada yaşadığım hisslərin çoxu mükəmməldir və yaddan çıxmayacaq. İstrada bir neçə ay da qalmaq istərdim.