Qrizmann “Atletiko”dan ayrıldı - “Barsa”ya keçir?

qrizmann-atletikodan-ayrildi
Oxunma sayı: 1214

Fransa millisinin üzvü Antuan Qrizmannın Madrid “Atletiko”sundan ayrılacağı dəqiqləşib. “Qafqazinfo”nun məlumatına görə, bu barədə paytaxt təmsilçisinin rəsmi saytı məlumat yayıb.

Bildirilir ki, Qrizmann “Barselona”ya keçəcək. Bunun üçün katalonlar “Atletiko”ya 120 milyon avro ödəyəcək.

Fransalı forvard klubun saytı vasitəsilə azarkeşlərə də təşəkkür edib: “Hər kəsə təşəkkür edirəm. Burada 5 gözəl ilim oldu. “Atletiko” daim qəlbimdə qalacaq”.

Qeyd edək ki, 2014-cü ilin yayında “Real Sosyedad”dan 30 milyon avro qarşılığında “Atletiko”ya transfer olan Qrizmann Madrid klubunda keçirdiyi 256 oyunda 133 qol vurub.