Qrizmanndan poker - Video

Qrizmanndan poker
Oxunma sayı: 1120

İspaniya La Liqasının 26-cı turunun daha bir oyunu keçirilib.

“Qafqazinfo” xəbər verir ki,  "Atletiko" öz meydanına "Leqanes"i qəbul edib. Qarşılaşma ev sahiblərinin 4:0 hesablı qələbəsi ilə yekunlaşıb. Qolların hamısını Madrid klubunun hücumçusu Antuan Qrizmann vurub.

Qələbə nəticəsində xalını 61-ə yüksəldən Dieqo Simeonenin komandası 3-cü pillədəki rəqibindən 10 xal aralanıb.


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi