Qroznıda kilsəyə hücum - 4 silahlı şəxs öldürüldü

qroznida-kilseye-hucum
Oxunma sayı: 1509

Çeçenistanın Qroznı şəhərində kilsəyə silahlı şəxslərin hücumu olub.

“Qafqazinfo” “RİA Novosti”yə istinadən xəbər verir ki, ölkə prezidenti Ramzan Kadırov jurnalistlərə açıqlamasında bildirib ki, yaraqlılar Qroznının mərkəzində yerləşən Arxangel Mixail Kilsəsinə soxularaq orada olanları girov götürmək istəyiblər. 

“Dərhal keçirilən xüsusi əməliyyat nəticəsində dörd yaraqlı məhv edilib”,-deyə R. Kadırov söyləyib.

Onun sözlərinə görə, aldığı güllə yarasında bir polis ölüb, kilsəyə ibadətə gələnlər arasında bir nəfər yaralanıb.

Çeçenistan lideri hadisənin baş verdiyi əraziyə baş çəkdiyini vurğulayıb. O, həmçinin qeyd edib ki, silahlılar kilsəyə hücum əmrini Qərb dövlətlərinin birindən alıb.

Hazırda zərərsizləşdirilən şəxslərin kimliyi araşdırılır.