“Qrupda həm lider, həm sonuncu ola bilərik” - Terim

qrupda-hem-lider-hem-sonuncu-ola-bilerik
Oxunma sayı: 1678

Çempionlar Liqasının qrup mərhələsinin ilk turunda "Lokomotiv"i qəbul edəcək “Qalatasaray”ın baş məşqçisi Fatih Terim oyunöncəsi mətbuat konfransı keçirib.

“Qafqazinfo” xəbər verir ki, təcrübəli mütəxəssis hədəflərinin böyük olduğunu söyləyib:

““Qalatasaray”la yenidən yola çıxanda jurnalistlər mənə "Hədəfiniz nədir" sualını vermişdi. Hazırda dünya böyüklükdə xəyallarım var. Həmişə ürəyimdə "niyə də olmasın?!" deyirəm. Əlbəttə, yüksək hədəflər çətindir. Əslində, asan qrupda deyilik. Hər klub öz çempionatındakı nəticəyə görə bura gəlib. Qrupda lider də ola bilərik, sonuncu da. Hansısa iki komandanın qrupdan çıxacağını təxmin etmək çətindir. Məlum cəzaya görə, bizim 21 nəfərlik heyətimiz var, rəqiblərimizin isə 25. Şansımı sınaycağıq".
 
Terim Moskva təmsilçisinin təcrübəli oyunçulara sahib olduğunu bildirib
 
"Lokomotiv" ciddi rəqibdir. Hər an oyunu dəyişə biləcək futbolçulara sahibdirlər. Manuel Fernandes komandanın maestrosudu. Eder, Farfan, Çorluka kimi təcrübəli futbolçular var. Əla matç olacaq. "Qalatasaray" öz meydanın necə lazımdısa, elə də oynayacaq".
 
Qeyd edək ki, "Qalatasaray"  - "Lokomotiv" oyunu bu gün Bakı vaxtı ilə 23-00-da başlayacaq. Qrupun digər matçında "Şalke" "Portu"nu qəbul edəcək.