Quaydo ilk “prezident fərmanı”nı imzaladı

quaydo-ilk-prezident-fermanini-imzaladi
Oxunma sayı: 1560

Özünü Venesuelanın müvəqqəti prezidenti elan edən müxalifət lideri və parlament spikeri Xuan Quaydo ilk “prezident fərmanı”nı imzalayıb.

“Qafqazinfo” xəbər verir ki, o, tvitterdə paylaşdığı sənəddə ölkəyə humanitar yardımın çatdırılmasına qərar verib. İlk çatdırılmna fevralın 23-nə planlaşdırılıb. 

Bundan başqa, Quaydo sənəddə qanuni prezident Nikolas Maduronun Braziliya ilə sərhədlərin bağlanmasına dair qərarını ləğv edib.

Qeyd edək ki, hazırda Xuan Quaydonu legitim prezident kimi ABŞ, Kanada, Sloveniya, Yaponiya və Latın Amerika ölkələri tanıyır. X. Quaydo isə 61 ölkənin onu tanıdığını bəyan edib.

Rusiya və Türkiyə Nikolas Maduronu dəstəklədiyini bildirib.