Quba hadisələrində təqsirləndirənlərə hökm oxundu

quba-hadiselerinde-teqsirlendirenlere-hokm-oxundu
Oxunma sayı: 647

"Bizimyolinfo.com" xəbər verir ki, hakim Quba rayon bələdiyyəsinin sədri Elxan Əliyevə 5 il , “Xəyal” TV-nin icraçı direktoru Vüqar Qonaqova, televiziyanın baş redaktoru Zaur Quliyevə 3 il şərti cəza , Əmlak Məsələləri üzrə Dövlət Komitəsinin əməkdaşı Zakir Məmmədova 4 il, yanacaqdoldurma məntəqəsinin təsisçisi Gülağa Ağayevə 2 il 6 ay, onun nəvəsi Muxtar Ələkbərova 3 il 6 ay həbs cəzası verilib.

Qeyd edək ki, Quba rayon bələdiyyəsinin sədri Elxan Əliyev, “Xəyal” TV-nin icraçı direktoru Vüqar Qonaqov, baş redaktoru Zaur Quliyev, Əmlak Məsələləri üzrə Dövlət Komitəsinin əməkdaşı Zakir Məmmədov Cinayət Məcəlləsinin 233, 309.2-ci maddəsi ilə, yanacaqdoldurma məntəqəsinin təsisçisi Gülağa Ağayev 233-cü maddə ilə, Muxtar Ələkbərov 186.2.1, 186.2.2, 233-cü maddələri ilə ittiham olunurdular.

Prokuror Əhəd İbrahimov Quba rayon bələdiyyəsinin sədri Elxan Əliyevə 6 il, “Xəyal” TV-nin icraçı direktoru Vüqar Qonaqova 4 il 6 ay, baş redaktor Zaur Quliyevə 4 il 6 ay, Əmlak Məsələləri üzrə Dövlət Komitəsinin əməkdaşı Zakir Məmmədova 5 il, yanacaqdoldurma məntəqəsinin təsisçisi Gülağa Ağayevə 3 il, 4 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzası tələb edib.

Quba hadisələrinə görə ümumilikdə 30 nəfər həbs olunub.