Quba məhbusu aclıq aksiyasına başladı

quba-mehbusu-acliq-aksiyasina-basladi
Oxunma sayı: 648

O deyib ki, 4 il 6 ay müddətinə azadlıqdan məhrum edilən H.Əliyev həbsinə etiraz olaraq müddətsiz aclığa başlayır. “Yoldaşım Qarabağ əlilidir, iki azyaşlı uşaq atasıdır, amma bunları nəzərə almırlar. Sumqayıt Apelyasiya Məhkəməsinin hakimi deyir ki, biz heç nə edə bilmərik, yuxarıdan təzyiq var. Yoldaşımın heç bir təqsiri olmasa da, artıq 1 ildir cəza çəkir”.

Sumqayıt Apelyasiya Məhkəməsi işə təqsirləndirilən şəxsin iştirakı olmadan və əlavə araşdırma aparmadan baxmağı qərara alıb. Bu qərardan kasassiya şikayəti verilsə də Ali Məhkəmə qərarı qüvvədə saxlayıb.
Məhbus cinayət işinə obyektiv baxılmasını tələb edir. Bu tələbi yerinə yetirələcəyi halda aclıq aksiyasını dayandıracaq.
Habil Əliyev Cinayət Məcəlləsinin 186.2.1. (zərərçəkmiş şəxsə külli miqdarda ziyan vurmaqla törədildikdə), 186.2.2. (yandırmaqla, partlatmaqla və ya başqa ümumi təhlükəli üsulla törədildikdə və ya ağır nəticələrə səbəb olduqda) 233 və 315.2 (xidməti vəzifələrini yerinə yetirən hakimiyyət nümayəndəsinə qarşı həyat və sağlamlıq üçün təhlükəli olan zor tətbiq etmə) 127.2.3, 221.3-cü maddələri ilə ittiham olunur. Habil Əliyev bu maddələrlə özünü təqsirli bilmir.