Quba sakini həmkəndlisini baltalayaraq öldürüb

quba-sakini-hemkendlisini-baltalayaraq-oldurub
Oxunma sayı: 633

Münaqişə zəminində həmkəndlisinə balta ilə xəsarət yetirən Quba rayon sakini M.Alxasov tutulub.

“Qafqazinfo” DİN-in saytına istinadən xəbər verir ki, avqustun 18-də Quba rayonunun Cimi kəndi ərazisindən kənd sakini Vətən Əhmədov baş nahiyəsindən yetirilən xəsarət ilə xəstəxanaya aparılarkən yolda ölüb.

Quba RPŞ-nin əməkdaşları tərəfindən aparılan araşdırmalarla avqustun 17-də V.Əhmədovla həmkəndlisi Maarif Alxasov arasında mübahisə baş verməsi və bununla əlaqədar avqustun 18-də V.Əhmədovun məsələyə aydınlıq gətirmək üçün M.Alxasovun evinə getməsi və baş vermiş münaqişə zamanı M.Alxasovun ona balta ilə xəsarət yetirməsi müəyyən edilib.